Qarabağın Rusiya torpaqları olması təsəvvürünü yaradan təklif
https://azeri.sahartv.ir/news/azərbaycan-i380197-qarabağın_rusiya_torpaqları_olması_təsəvvürünü_yaradan_təklif
Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2021 14:24 Asia/Baku
  • Qarabağın Rusiya torpaqları olması təsəvvürünü yaradan təklif

Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif edib.

 SəhərAzəri-nin Axar.az-a istinadla verdiyi məlumata görə, Lavrov Qaabağda infrastrukturun yenidən qurulduğunu bildirib:

“Orada indi infrastrukturun, avtomobil yollarının bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə yenidən baxmağı xahiş edərdim. O məncə iqtisadi sərfəli olacaq, vacib olan odur ki, bizim yaxın qonşuluğumuzda olan bu hissədə iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getsin”, – deyə o bildirib.