Sen 03, 2021 10:35 Asia/Baku
  • Ermənistan rəhbərliyi Qarabağın müstəqilliyinə təkid edir

İrəvan Qarabağ ermənilərinin müstəqilliyini müdafiə etməklə Azərbaycanın istəyinə zidd mövqe nümayiş etdirmişlər.

SəhərAzəri-nin verdiyi məlumata görə, qondarma rejiminin qalıqlarının "müstəqillik günü"nü qeyd etmək üçün heç bir Ermənistan hökumətinin üzvü Qarabağa getməsə də, Ermənistan rəsmiləri və müxalifət nümayəndələri təxribatçı bəyanatlarla çıxış ediblər.

Baş nazir Nikol Paşinyanın yaydığı bəyanatda deyilir: “Artsax bu gün yaralı olsa da, bütün Ermənistan və ermənilərin himayəsi altındadır. Artsax xalqının öz müqəddəratını təyin etməsi bizim üçün müqəddəsdir və güc tətbiq etməklə bu haqqı onun əlindən almaq mümkün deyil. Buna görədir ki, biz bütün beynəlxalq platformalarda Qarabağ münaqişəsinin həll olunmadığını israr edirik.”

Ermənistan prezidenti Armen Sarkisyan isə bildirib: “Bizim tariximizdə Artsax və onun xalqı həmişə dünya erməniləri üçün xüsusi yerə malik olub. Qarabağ məsələsində heç zaman səhvə yol verməyə haqqımız yoxdur.”

Armenian Report portalının verdiyi xəbərə görə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın bəyanatı daha sərt olub. O deyib: “Müstəqillik qəhrəmanlarımızın qanı hesabına əldə olunub. Artsax möhkəm duracaq və müstəqil qalacaqdır.”

Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Ser Sarkisyan da ayrı-ayrılıqda qondarma rejimin müstəqilliyini qəti məsələ adlandırıblar.  

Bu arada İrəvandan daxil olan məlumatda deyilir ki, baş nazir Nikol Paşinyanın Qarabağa niyə getmədiyini soruşduqda, hökumət aparatının mətbuat xidməti qısaca cavab verib: baş nazir 31 avqustdan bəri üç günlük məzuniyyətdədir.

Bununla belə hökumət iclasından sonra yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan Paşinyan Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib.

Qeyd edək ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın Qarabağda olmayıb.

"Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə isə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması "hakimiyyətin Azərbaycanın diktə etdiyi oyun qaydalarını qəbul etməsi" deməkdir.

 

Teqlər