Qazaxıstanda etirazlar Azərbaycanda da geniş müzakirələrə yol açıb
Qazaxıstanda sürətlə baş verən etirazlar və yaranmış siyasi gərginlik Azərbaycan Respublikası siyasətçiləri eləcə də ümumi fikri tərəfindən ciddi müzakirələrə səbəb olub. İnsanlar Qazaxıstanla Azərbaycan arasında müqayisə aparırlar.
SəhərAzəri-nin məlumatına əsasən,Müsavat Partiyasının başqanı Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, Qazaxıstanda əhali korrupsiyaya, avtoritar idarəçiliyə qarşı öz etiraz səsini qaldırıb.
Onun sözlərinə görə Azərbaycanda da hakimiyyətin seçki yolu ilə zaman-zaman dəyişdirilməsi prosesi baş vermir, ölkədə avtoritat idarəçilik sistemi var.
"Eyni zamanda əhali sosial baxımdan çox ciddi çətinliklərlə üzləşir.”- deyən Partiya başqanının fikrincə, belə olan halda Azərbaycanla Qazaxıstan arasında oxşar cəhətlər çoxdur.
"Qazaxıstan hadisələri təsdiq edir ki, hansı dövlətdə hakimiyyət xalqın iradəsilə hesablaşmırsa, gec ya tez bu tipli hadisələr baş verir.” Deyə Arif Hacılı bildirib.
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov isə Qazaxıstanda baş verən prosesləri qiymətləndirərkən bildirib ki, Azərbaycanda bu hadisələr baş verə bilməz ona görə ki, Azərbaycanda belə eksperiməntlər üçün heç bir şərait yoxdur və Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə hesab edir ki, Azərbaycanda Qazaxıstandakı hadisələrin təkrarlanıb təkrarlanmayacağı Azərbaycan hökümətindən asılıdır. "Onlar da Qazaxıstan rejimi kimi Azərbaycan xalqını sıxsalar Azərbaycan xalqı qəzəblənə bilər.”