Yan 06, 2022 15:47 Asia/Baku
  •  “Qazaxıstanda baş verənlər TDT-yə qarşı başladılan prossesdir”

Plitoloq Qabil Hüseynli Qazaxıstanda baş verən gərginlikləri əsas məqsədlərindən biri son zamanlar Qazaxıstanın fəallıq göstərdiyi Türk Dövlətləri Təşkilatının formalaşmasına qarşı çıxmaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, Axar.az-a müsahibə verən Plitoloq Qabil Hüseynliyə görə, Qazaxıstanın latın əlifbasına keçməsi, 1 həftə öncə isə rus dilinin rəsmi dövlət dili statusundan məhrum edilməsi də bu hadisələrə təkan verən amillərdəndir.

Qabil Hüseynli belə qənaətdədir ki, Qazaxıstanda maddi rifah hətta Rusiyadan belə yüksək səviyyədədir və ölkədə maye qazın qiymətinin artırılması isə sadəcə bu qiyamın başlanmasına bir növ bəhanə və vəsilə xarakteri daşıyır.

Qazaxıstan sürətlə inkişaf etməkdə idi.Bəzi gözü götürməyən dövlətlərin bu inkişafı və inkişafın memarı olan Nursultan Nazarbayevi hədəfləməsi sözün əsl mənasında müəyyən mətləblərə aydınlıq gətirdi.

Politoloqa görə, Rusiya Qazaxıstanda gedən prosseslərdən o sıradan da Nazarbayevin türk dövlətlərinin birləşdirilməsindəki rolundan narazı qalaraq bu böhranın yaranmasında rol oynamışdır. 

Teqlər