İbadət yerlərinə din xadimlərini Dövlət Komitəsi təyin edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i385445-İbadət_yerlərinə_din_xadimlərini_dövlət_komitəsi_təyin_edəcək
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 26, 2022 11:34 Asia/Baku
  •  İbadət yerlərinə din xadimlərini Dövlət Komitəsi təyin edəcək

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.

SəhərAzəri-nin məlumatına əsasən,"Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişikliyə görə indiyədək Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətində olan bu təyinat DQİDK-nin səlahiyyətinə veriləcək.

"Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişikliyə görə həmçinin ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.