Mart 26, 2022 12:16 Asia/Baku
  • Rəsmi Bakı Vaşinqtonu məsuliyyətsizlikdə ittiham edir

Azərbaycan Respublikasının XİN ABŞ Dövlət Departamentinə cavab verib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Qarabağ məsələsi ilə bağlı iradlarına tutarlı cavab verib. 

Açıqlamada deyilir: "ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəbdələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə bağlı Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb. Nəticədə Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır."

Nazirlik vurğulayıb ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir.

Teqlər