Mart 28, 2022 10:35 Asia/Baku
  • Azərbaycan Qarabağdan gələn təhlükəni önləyə biləcəkmi?

Son bir neçə gün ərzində Azərbaycan Respublikası qüvvələrinin rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə irəliləməsi Qarabağ bölgəsində gərginliyə səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, vəziyyətin gərginləşməsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefonla Qarabağdakı son vəziyyət və Rusiya sülhməramlılarının məsuliyyət zonası barədə fikir mübadiləsi apardılar.

Söhbət zamanı Paşinyan Putinə deyib: “Azərbaycan əsgərlərinin Fərrux və Pirlər kəndlərindəki mövqelərdən geri çəkilməsi çox vacibdir”.

Paşinyan həmçinin Rusiya sülhməramlılarının hərəkətlərini araşdırmağa çağırıb.

Məlumatlarda Azərbaycan qüvvələri ilə toqquşmalarda üç erməni yaraqlısının həlak olduğu, bir neçəsinin isə yaralandığı bildirilir.

Ermənistan tərəfi Azərbaycan Respublikasını regionda atəşkəsə təminat verən üçtərəfli bəyannamənin müddəalarını pozmaqda ittiham edir və gərginliyin artması ilə bağlı Rusiya sülhməramlılarından aydın cavab gözlədiyini bildirir.

İddialara cavab olaraq martın 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı beynəlxalq ictimaiyyəti aldatmaqda ittiham edib və erməni tərəfinin yaydığı məlumatı “yanlış məlumat” adlandırıb.

Bununla belə Qarabağ ermənilərinin keçmiş müdafiə naziri kimi təqdim edilən Samuel Babaian Azatation portalına bildirib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ yüksəkliklərinin Rusiyadan qaytarılmasını tələb etməlidir.

Onun sözlərinə görə, sülhməramlı qüvvələrin təklifi yalnız ermənilər tərəfindən həyata keçirilib və Azərbaycan silahlı qüvvələri sülhməramlı qüvvələrin müqaviməti olmadan regiona yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi üçtərəfli sazişin Azərbaycan Respublikası tərəfindən pozulmasını əsas gətirərək yaydığı bəyanatda Azərbaycan ordusunun Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə hücum üçün zirehli texnika və pilotsuz uçuş aparatlarından istifadə etdiyini bildirib.

Hazırda bölgədə yeni situasiyanın yaranması ilə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Çünki Rusiya Müdafiə Nazirliyi Azərbaycanın geri çəkildiyini bildirməsi Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması ilə ziddiyyət təşkil edir. Rusiyanın Qarabağla bağlı planları və davranışı Azərbaycan tərəfinin hərəkətə keçməsində təsirsiz deyil. Lakin bu məsələdə təkcə Rusiya deyil, ABŞ və Fransa da ermənilərin tərəfindədirlər.

Teqlər