Mart 31, 2022 15:02 Asia/Baku
  • MÜBARƏK RAMAZAN verilişi iftar çağının mənəvi anlarını tamaşaçıları ilə bölüşəcək

SəhərAzəri Televiziya kanalı mübarək ramazan ayı boyunca hər gün MÜBARƏK RAMAZAN verilişi ilə iftar vaxtının mənəvi anlarını tamaşaçılarla bölüşəcək +VİDEO

SəhərAzəri-nin məlumatına əsasən,verilişin aparıcısı Xədicə Nəcəfova SƏHƏR SALAMI verilişində iştirak edərək MÜBARƏK RAMAZAN iftar verilişi barədə ətraflı məlumat verib.

Xədicə Nəcəfovanın bildirdiyinə görə, ramazan ayında hər gün iftar vaxtı efirdə olacaq MÜBARƏK RAMAZAN canlı verilişinin Azərbaycan Respublikası başda olmaqla müxtəlif müsəlman ölkələrindən o sıradan, Türkiyə, Rusiya, Suriya, Misir, Özbəkistan, Hindistan, Pakistandan qonaqları olacaq, qonalarla maraqlı söhbət gedəcək.

Hər gün İftar vaxtı SəhərAzəri kanalından canlı olaraq efirə buraxılacaq MÜBARƏK RAMAZAN verilişi həmçinin hər həftə tamaşaçıları arasında müsabiqələr təşkil edəcək, müsabiqənin qaliblərinə dəyərli mükafatlar təqdim olunacaq.

Verilişdə tamaşaçıların ramazan ilə əlaqədar Quran təlavətindən tutmuş iftara hazırlıq işlərinədək özlərindən çəkdikləri videolar və şəkillərinin Səhərin efiri vasitəsi ilə digər tamaşaçılarla bölüşdürülməsi də nəzərdə tutulub.

MÜBARƏK RAMAZAN verilişində hər gün ramazan ilə əlaqədar maraqlı reportajlar da yer alacaq.

 

Teqlər