Sionistlər Azərbaycanın kənd təsərrüfatı sahəsinə xüsusi maraq göstərirlər!
Daha bir İsrail heyəti Bakıda peyda olub
Daha bir İsrail heyəti Bakıda peyda olub. Azərbaycan Respublikasının prezidenti sionist rejimin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.
Görüşdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrə toxunulub, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışılıb. İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan Azərbaycan dövlət başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirib.
Oded Forer də kənd təsərrüfatı sahəsində ölkələrimizin müvafiq qurumları arasında yaxşı əməkdaşlığın mövcud olduğunu deyib.
O bildirib ki, Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var.
Xatırladaq ki, Sionist rejim Azərbaycan Respublikasının kənd təsərrüfatı sektorunda öz hökmranlığını genişləndirmək və tamamlamaq üçün ciddi şəkildə yeni planlarını gündəmə gətirib.
Bu məqsədlə İsrail Azərbaycanda ağıllı kəndlər yaradır, İsrail Azərbaycan Respublikasının su ehtiyatlarının 30 illik idarəetmə planını təqdim edir, Azərbaycan Respublikasının fermerləri və bağbanları üçün israilli mütəxəssislər tərəfindən təlim kursları keçirilir və sairə.
Məlumat üçün bildirək ki, son illərdə sionist rejim Azərbaycan Respublikasını neft tədarükünün əsas mənbəyi və silah satışı üçün əsas bazara çevirib.
Hazırda məlumatlı mənbələr bildirirlər ki, sionist rejim əkinçilik və bağçılıq layihələri və İran sərhədi yaxınlığında ağıllı kəndin yaradılması kimi planları vasitəsilə təxribat və casusluq fəaliyyətləri həyata keçirir.