ATV və ARB onlara qarşı mənimsəmə ittihamlarına cavab verib
ATV və ARB telekanalları bəzi media resurslarında ATV və ARB telekanallarına qarşı vüsət almış kampaniyalara cavab olaraq birgə bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən,bəyanatda ATV-nin “Bizimləsən” və ARB-nin “Səni Axtarıram” verilişlərində xeyriyyə tədbirlərindən yığılan vəsaitlərin mənimsənilməsi ilə bağlı səslənən ciddi xarakterli ittihamlara işarə olunur və bildirilir ki, qeyd edilən verilişlərin tamaşaçıları eləcə də xəstə uşaqlar üçün ianə toplama kampaniyalarında iştirak edənləri nəzərə alaraq bu ittihamlara cavab verməli olub.
Bəyanatda ittihamlarin əsassız olması 6 bənddə izah edilsə də yığılan ianələrin ümumi məbləği eləcə də ianələrin verildiyi ehtiyaclı insanların sayına aydınlıq gətirilməyib və eyni zamanda belə bir nəticə ilə yekunlaşdırılıb:
“Beləliklə, bildiririk ki, xeyriyyə məqsədilə toplanmış bütün vəsaitlər tam təyinatı üzrə yönəlib və xərclənib, lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq.”