Avq 03, 2022 20:46 Asia/Baku
  • Azərbaycan Respublikası ordusu “Qisas” əməliyyatı keçirdiyini bildirib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı “Qisad” əməliyyatı həyata keçirdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda avqustun 3-də silahlı separatçıların Azərbaycan Ordusunun bir əsgərini şəhid etməsinə Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdikləri bildirilir.
“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”,- bəyanatda deyilir.

Bəyanatda qeyri-qanuni silahlı separatçılara zərbələr endirildiyi canlı və hərbi tələfatlara məruz edildiyi bildirilir.

Müdafiə Nazirliyi öz bəyanatında rəsmi Bakının nəzarətində omayan Azərbaycan Respublikası ərazilərində demilitarizasiya prosesinin zərurilyi vurğulanır: “Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür”.
Müdafiə Nazirliyi bundan sonra hərhansı təxribatın cavabsız qalmayacağını vurğulayıb: “Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri  daha da sarsıdıcı olacaq”,- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi veb səhifəsində dərc olunan məlumatda deyilir.

Teqlər