Azərbaycan xalqının Aşuraya marağının artması nə ilə bağlıdır?
Siracəddin Hacı: Azərbaycan xalqının Hüseyn sevgisi var!
Azərbaycanlı tədqiqatçı alim öz feysbuk paylaşımında insanlarda İmam Hüseynə (ə) olan sevgi və məhəbbətin sirrini açıb.
SəhərAzəri-nin məlumatına əsasən, tanınmış alim yazır: “Azərbaycan xalqının Həzrət Hüseyn sevgisi var, xalqımız Allah Rıəsulunu, Həzrət Əlini, Həzrət Fatiməni sevdi, sevir, sevəcək, övladlarına onların adını verdi. Mədəniyyətimizin önəmli bir parçası Həzrət Hüseynlə bağlıdır.”
Məqalənin davamında ölkədə dini məsələlərlə məşğul olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini tənqid edərək bildirir: “Dini Komitə dini deyil, siyasi qurumdur, xalqın ehtiyaclarına uyğun deyil, multukulturalizmi din kimi təbliğ edir. Hörmətli Mübariz Qurbanlı on ilə yaxındır ki, komitə sədridir, siz onun, ondan öncəki sədrlərin Qurani-Kərimlə bağlı 10 dəqiqəlik söhbətini eşitdinizmi?”
Siracəddin Hacı sonra QMİ sədrini də tənqid etməyi unutmayıb. “Qafqaz Müsəlmanları Ruhani İdarəsi nüfuzunu itirmişdir, ictimai rəyə təsiri yoxdur, 42 il İslamın şeyxi olan hörmətli Allahşükür Paşazadənin Qurani-Kərimlə bağlı 42 dəqiqəlik çıxışı varmı? Demirəm ki, onlar Qurani-Kərimdən danışsalar, işlər düzələcək, deyirəm ki, onların Qurani-Kərim adlı davası, hədəfi yoxdur”, - deyə məqalədə Allahşükür Paşazadə tənqid olunur.
Qeyd edilir ki, mövcud vəziyyətdə Azərbaycan xalqı üçün ən etibarlı sığınacaq Həzrət Hüseyndir, İmam Hüseyn (ə) o dərəcədə böyük, təsirli şəxsiyyətdir ki, onun adı ilə dövlətlər qurulmuş, dövlətlər yıxılmışdır.