Avq 12, 2022 11:41 Asia/Baku
  • Laçın dəhlizi ətrafında vəziyyət üçtərəfli bəyanatın əsasında həll edilməlidir

Rusiya hökuməti deyir ki, Laçın dəhlizi ətrafında vəziyyət üçtərəfli bəyanatın şərtləri əsasında həll edilməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev mətbuat brifinqində bildirib ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi ətrafındakı vəziyyət 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın 6-cı bəndi əsasında həll edilməlidir.

O, Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.

“Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarına uyğun olaraq bütün məsələlərin həllinin vacibliyini bir daha bildiririk. Bu, həm də Laçın dəhlizinə aiddir, onun ətrafında yaranmış vəziyyət 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll edilməlidir. Həmin bəyanatda tərəflərin razılaşdırdığı kimi, yaxın üç ildə Laçın boyunca yeni marşrutun tikintisi planının müəyyən edildiyi bildirilir. Dəhliz Dağlıq Qarabağ və Ermənistan arasında əlaqəni təmin etmək üçün müəyyən ediləcək, sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti orada yerləşdiriləcək”, - deyə Neçayev bildirib.

O, sonra deyib ki, gərgin siyasi müzakirələrə paralel olaraq, Rusiya sülhməramlıları fəal işləyir, yerlərdə vəziyyətin sabitləşməsi istiqamətində lazımi səylər göstərirlər. Ona görə də sülhməramlılara qarşı ayrı-ayrı tənqidlər əsassızdır.

Teqlər