Avq 25, 2022 14:12 Asia/Baku
  • 20 ailə Zabux və Laçını tərk edərək Ermənistanın Sünik vilayətində məskunlaşıb

Ermənilərin köçü təkmilləşir. Zabux və Laçından çıxan 20 ailə Ermənistanın Sünik vilayətində məskunlaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Laçın şəhəri, Zabux və Sus kəndlərinin sakinləri avqustun 25-dək yaşayış məntəqələrini tərk etməli idilər, çünki Qarabağı Ermənistanla birləşdirən yeni dəhlizin işə salınması ilə əlaqədar bu yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçib.

Məlumatda qeyd olunur ki, 30 il boyunca işğalda qalmış bu qəsəbələrin sakinləri son əşyalarını evlərindən çıxarır, mədəniyyət abidələri evakuasiya olunur. Qondarma DQR-nin ərazi idarəetmə və infrastruktur nazirinin mətbuat katibi Viktoriya Petrosyan bu insanların məskunlaşdırılmasını şərh edərkən ARMENPRESS-ə bildirib ki, bu qəsəbələrin sakinlərinin əksəriyyəti Ermənistanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmaq istəyir.

Sünik qubernatorunun köməkçisi Armine Avaqyan isə bildirib ki, Laçın və Zabuxu tərk edən 20 ailə əyalətdə məskunlaşmaq arzusunu bildirib.. Onlar əsasən Qoris və Sisian şəhərlərində məskunlaşıblar.

Digər tərəfdən İrəvan meriyası Zabux və Lamından çıxan ailələrin İrəvanda məskunlaşmaq üçün müraciət edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı onlara heç kim müraciət etməyib.

Teqlər