Sen 13, 2022 13:29 Asia/Baku
  • Çoxlu sayda azərbaycanlı zəvvar özünü Nəcəf və Kərbəlaya çatdırıb

Azərbaycanlı zəvvarların Ərbəin yürüşündə iştirak etmələrinin qarşısını almaq üçün yaradılan bütün maneələrə baxmayaraq, xeyli sayda azərbaycanlı zəvvar möhtəşəm Ərbəin yürüşündə iştirak etmək üçün özünü Nəcəf şəhərinə çatdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasından olan Ərbəin zəvvarlarının ilk qrupları bu ölkədəki bütün məhdudiyyətlərə baxmayaraq, bazar ertəsindən müxtəlif hava və quru yolları ilə fərdi və ya karvan şəklində İraqa daxil olublar.

Koronavirusun yayılmasından və Azərbaycan Respublikasının İranla quru sərhədinin bağlanmasından əvvəlki illərdə azərbaycanlı Ərbəin zəvvarlarının sayı on minlərlə nəfərə çatardı.

Bu il Azərbaycan Respublikası ilə İran arasında quru sərhədinin bağlanması səbəbindən çoxlu sayda İmam Hüseyn (ə) aşiqi Ərbəin mərasimində iştirak etmək arzusunu yerinə yetirə bilmədi, amma builki Ərbəin yürüşündə Azərbaycan Respublikasından ən azı üç min zəvvarın olması göstərir ki, bu ölkənin xalqı İmam Hüseyn (ə) məktəbinə bağlılığını ifadə etmək yolunda ən böyük rəsmi və qeyri-rəsmi maneələri aradan qaldırmağa qadirdir. 

Teqlər