Azərbaycan XİN İrana başsağlığı verdi
Azərbaycan XİN: Terrorun bütün forma və təzahürlərini qəti şəkildə pisləyirik
Azərbaycan Respublikasının XİN İrana terror aktı ilə bağlı başsağlığı verib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə XİN-in tviter hesabına istinadən xəbər verir.
"İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.
Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, - XİN bildirib.
We deplore terror attack in Shah Cheragh Mosque in #Shiraz, #Iran. We extend our heartfelt condolences to the families of victims, hope for speedy recovery of those injured. As a state that has faced terrorism,?? strongly condemns all its forms & manifestations. @IRIMFA_EN
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 26, 2022