Noy 07, 2022 19:07 Asia/Baku
  • DTX Naxçıvanla bağlı məlumatları yalanladı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti son vaxtlar bir sıra sosial şəbəkələrdə "İran Naxçıvan Xalq Hərəkatı" ilə bağlı yayılan məlumatı və bu hərəkatın İrandan kömək istəməsini təxribat kimi qələmə verib və bunu uydurma adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin səriştəsizliyi ucbatından Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm və ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bu istiqamətdə İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi ilə bağlı yerli əhali tərəfindən İran hökumətinə ünvanlanmış müraciət yayımlanıb.

Müraciət ictimai şəbəkələr və əhali arasında müxtəlif müzakirələrə səbəb olsa da, Azərbaycanda heykəl rejiminin hiddətinə səbəb olub. 

Unutmayaq ki, Azərbaycan Respublikasında ailə rejiminin başçısının, Azərbaycan Respublikadının hüdudlarından kənarda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı iddiasından sonra, İranın ərazi bütövlüyünə qarşı hökumət mediaları tərəfindən hədsiz çağrışların şahidiyik.

Teqlər