Azərbaycan polisi qəddarlıq nümayi etdirdi
Aksiyada saxlanılan fəalların sayı 204-ə çatdı
Bakıda polis tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfdarlarının sayı 204-ə çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının aksiyası zamanı polis tərəfindən saxlanılanların sayı 204 nəfərə çatıb.
Bu arada Daxili İşlər Nazirliyi müxalifətin etiraz aksiyası zamanı bir iştirakçının saxlandığını təsdiqləyib. O, polis maşınına ziyan vurmaqda ittiham olunur.
Nazirliyin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, noyabrın 11-də saat 16:00-a yaxın bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər hadisə yerindən uzaqlaşdırılıb.
Hüquq müdafiəçiləri isə noyabrın 11-i axşam saatlarında saxlanılan 139 nəfərin buraxılması barədə məlumat əldə ediblər.