Noy 30, 2022 14:18 Asia/Baku
  • Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ-da görüşləri davam edir

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin noyabrın 30-da yaydığı məlumatda deyilir.

Məlumata görə, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

K.Vəliyevin baçşçılıq etdiyi nümayəndə heyəti noyabrın 28-dən ABŞ-da səfərdədir. O ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə də təhlükəsizliklə bağlı müzakirələr aparıb.

Oxu az Kərim Vəliyevin ABŞ səfəri barədə dərc etdiyi şərhdə yazır ki,General-polkovnikin səfəri fonunda iki məqam gözə çarpır:

1. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi noyabrın 20-də ABŞ-a beşgünlük səfərə getdi və Mərkəzi Kəşfiyyat İdarəsində, Pentaqonda İranı müzakirələrin episentrinə gətirdi;

2. Bunun ardınca, ABŞ və İsrailin aviasiya qüvvələri Aralıq dənizi üzərində İranın nüvə təsisatlarını şərti hədəf kimi qoyaraq onları “vurmaq” üçün təlim keçdilər.

Oxu.az Kərim Vəliyevin Kohavinin ABŞ səfəri və “İranın bombardman edilməsi” fonunda ABŞ-a gedişinin bir neçə proqnoz üçün ipuclar olduğunu bildirir və belə əlavə edir: “ABŞ Azərbaycanla hərbi əməkdaşlıq formatını yeniləyəcək və yaxın gələcəkdə bunun praktiki təzahürləri görünəcək.

İsrail bu əməkdaşlığın o nöqtəsində dayanacaq ki, əsasən, İrana qarşı hərbi tədbirlər zamanı öz istədiyini bu region üzərindən gerçəkləşdirə bilsin.

Azərbaycan-ABŞ-İsrail gizli formatının gizli təşəbbüskarları sırasında Böyük Britaniya və Türkiyə yer alır.

 Oxu.az öz şərhini belə yekunlaşdırır: Vəliyev Bakıya qayıtdıqdan sonra Ankara-Bakı təmaslarında hərbi gündəlik ABŞ səfərinin yekunlarına uyğun olaraq müzakirəyə çıxarılacaq.

Beləliklə internet nəşri Azərbaycan Respublikasının ABŞ və sionist İsrail rejimi ilə birlikdə İrana qarşı ittifaq yaratmasını etiraf etmiş olub.

 

Teqlər