Dek 10, 2022 15:21 Asia/Baku
  • İslamçı məhbuslara ögey münasibəti olan dövlət Bəxtiyar Hacıyevə azadlıq tələb etdi

Azərbaycanda adətən islamçı fəalların həbsinə göz yuman ABŞ Dövlət Departamenti qərbpərəst hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin guya xuliqanlıq ittihamı ilə həbs edilməsinə reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, departamentin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqində Turan-ın müxbirinin sualının cavabında deyib: “Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”.

Hacıyev cümə günü saxlanılıb və onun barəsində 50 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Bu arada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Turan ilə söhbətində bildirib: “Bakı rejimi cəzasız olaraq insan hüquqlarının pozulmasına yol verib. Ümid edirəm ki, sanksiyalar kobud korrupsiyaya yol verən vəzifəli şəxslərə şamil olunacaq”.

 

Teqlər