Fev 02, 2023 16:29 Asia/Baku
  •  Azərbaycanda daha bir ruhani həbs olundu

Azərbaycandakı tayfa rejimi islamçı qüvvələri sıradan çıxarmaq üçün onları İrana casusluqda ittiham edərək həbs edir.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasına repressiyaların davamında fevralın 1-də ruhani İlqar Bədəlov polis əməkdaşları tərəfindən nəzarət altına alınıb.

Yaxınlarının bildirdiyinə görə, günorta saatlarında saxlanılan ruhani Hacı İlqar Bədəlov axşam saatlarında ailəsi ilə telefon danışığında Binəqədi polis bölməsində saxlanıldığını bildirib.

Hacı İlqar bildirib ki, onu saxlayarkən gözümün qabağında cibimə narkotik qoyublar. “Hazırda mənə bildirirlər ki, ya narkotik ittihamını ya da casusluğu qəbul elə. 20 – 30 il öncə İranın Qum şəhərində təhsil aldığım üçün, son günlər İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək saxlanılmışam” – deyə ruhani qeyd edib.

Başqa məlumata görə, "Mizan Maarif Mərkəzi"nin təsisçisi, ruhani Ruhullah Novruzzadə də həbs edilib. Onun ötən gün Suraxanı rayonu məhkəməsində qapalı şəraitdə 234.4.3 maddəsi ilə məhkəməsi keçirilib və məhkəmənin qərarı ilə Ruhullah Novruzzadənin barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Tanınmış ruhani Hacı Seyran Rzayevin də həbs olunduğu bildirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin əmri ilə Salam-Nyus və İnteraz media orqanlarına da basqın edilərək onlarla jurnalist və fəal saxta ittihamlarla nəzarət altına alınıb.

 

Teqlər