Fev 18, 2023 07:40 Asia/Baku
  • Türkiyə zəlzələsinin siyasi nəticələri olacaqmı?

Türkiyədə baş vermiş zəlzələ ölkənin siyasi həyatını silkələməkdə davam edir.

Azərbaycanlı politoloq Fuad Qəhrəmanlı bu barədə feysbuk üzərindən paylaşdığı məqalədə bildirib ki, 1999-cu ildə hakimiyyətə gəlmə ərəfəsində zəlzələ məsələsinə görə o zamankı hakimiyyəti sorğulayan Ərdoğan, indi özü müxalifət tərəfindən seçki öncəsi eyni qaydada sorğuya çəkilir. Müxalifət tərəfindən ən çox tənqid olunan məsələ hakimiyyət orqanlarının baş vermiş dəhşətli zəlzələyə operativ reaksiya verə bilməməsidir.

AXCP Rəyasət Heyətinin üzvü sonra yazır: “Ordu niyə vaxtında dağıntılar baş verən əraziyə xilas etmə işlərinə göndərilməyib? Zəlzələ ilə bağlı xəbərdarlıqlar niyə vaxtında nəzərə alınmayıb, keyfiyyətsiz tikililərə nəyə görə göz yumulub? Araşdırmalar nəticəsində ortaya çıxıb ki, yıxılan binaların 51 faizi məhz Ərdoğan hakimiyyəti dönəmində inşa edilib. Əlbəttə bu və digər geniş yayılmış korrupsiya halları ilə bağlı müxalifətin qaldırdığı sualları cavabsız buraxmaq olmayacaq. Bütün bunlar isə zəlzələnin təkcə yıxılan binalara deyil, həm də seçki öncəsi hazırkı hakimiyyətə də çox ciddi zərbə vuraraq onun qalib gəlmək şansını azaltdığını deməyə əsas verir. Digər tərəfdən isə zəlzələ nəticələrini aradan qaldırmaq üçün ən minimal hesablamalarla Türkiyəyə 45 - 50 milyard dollar vəsait lazımdır. Təbii ki, bu vəsaiti büdcə hesabına ödəmək mümkün olmayacaqdır”.

Teqlər