Mart 03, 2023 17:39 Asia/Baku
  • Azərbaycanımızın tanınmış ruhanisi Hacı Şahin Həsənli azərbaycanlılar arasında dərin hörmətə layiq bir alim idi.

Onun Məşhədi Dadaş məscidində möizələri izdihamlı və bəyənilən olmuşdur, keçirilən dini və Aşura mərasimləri özünə məxsus idi. Bakı heç vaxt onun tərəfindən təşkil olunan Məhərrəmlik mərasimlərini və onun tərəfindən ucalan Ya Hüseyn ləbbəyklərini unutmayacaq.

 SəhərAzəri-nin məlumatına əsasən,Hacı Şahin Əhli-beyt məktəbinin carçısı kimi azərbaycanlılar arasında və respublikadan kənarda yaxşı tanınırdı. Bir tərəfdən Azərbaycan Respublikası hakimiyyəti tərəfindən dəstəklənən təkfirçiləri narahat edirdi, digər tərəfdən də hakimiyyət Hacı Şahin Həsənlinin xalq arasında artan nüfuzuna biganə qala bilməzdi.

Əliyev hakimiyyəti onun xalq tərəfindən sevilməsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinə dəvət edib, hacının xalaq arasındakı sevilməsindən yararlanmağı fikirləşirdi. Lakin Hacı Şahin tutduğu vəzifə zamanı hökuməti mədh etməkdən məyus etdi. Hacı dövlət orqanındakı şəraitindən istifadə edib, Əhli- beyt məktəbini və şiəçiliyi daha çox yaymağı özünə borc bildi. Get-gedə, Hacı Şahinin şöhrəti və hörməti həm Anti-Şiə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsini, həm də Qafqaz Müsaəlmanları İdarəsini kölgə altına aldı.

Son zamanlar Azərbaycan Respublikasında ailə rejimi tərəfindən anti-İran təbliğatın genişlənməsindən sonra hacıya müxtəlif təzyiqlər oldu, o isə basqılara rəğmən, heç vaxt hökumətin tələsinə düşmədi və İrana qarşı insafdan uzaq mövqe sərgiləmədi. Bu isə hökumət dairələrini narahat etməyə başladı.

Qafqaz Müsaəlmanları İdarəsinin şeyxi AllahŞükür Paşazadə, halları hamıya bəlli olan ünsürlərin qarşısında tab gətirə bilməyib, anti-İran mövqe sərgiləməkdə çoxlarını geridə qoydu. Hacı Şahin isə mərdcəsinə müqavimət göstərərək, əsil Azərbaycan ruhanisi simasını nümayiş etdirməyi bacardı və sionist dairələrin xəyallarını puç etdi.

Yəqin Hacı Şahin bilirdi ki, hakimiyyətdə olan QARAGÜRUH, Dini Komitə və yaxud İdarə vasitəsi ilə Azərbaycan xalqının inancına da sihib çıxıb, milli- mənəvi dəyərləri ailə rejimi maraqları əsasında kontrol edəcəklər; məscidlərə kamera quraşdırmaq kimi. Amma ruhani özünə məxsus vasitlərlə inancını qorudu və onu təbliğ etməyi də bacardı. Belə olduğu halda ona Şuşa məscidində İmam olmaq da nəsib oldu.

 Hacı Şahin heç vaxt Səhər kanalının tamaşaçılarını da öz xütbələrindən bəhrəsiz etmədi və hər zaman kanalımızda Əhli-beyt məarifinin genişlənməsində xüsusi rol oynadı. O  Səhər kanalına müsahibə verməkdə nə hakimiyyətdən çəkinirdi, nə dırnaqarası jurnalistlərin təxribatından.

Hacı Şahinin Qədir – Xum bayramının Vilayət bayramı kimi təbliq edilməsində xüsusi dəsti xətti oldu. Allah rəhmət reləsin. Məzarı nurlu olsun.

 

 

 

Teqlər