ABŞ kəşfiyyatının proqnozu: Bakı və İrəvan arasında münasibətlər “gərgin və qeyri-sabit” olacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i398107-abŞ_kəşfiyyatının_proqnozu_bakı_və_İrəvan_arasında_münasibətlər_gərgin_və_qeyri_sabit_olacaq
ABŞ-ın kəşfiyyat qurumları xəbərdarlıq ediblər ki, Ermənistan və Azərbaycan arasında münasibətlər sülh sazişi olmadan, çox güman ki, gərgin və qeyri-sabit olaraq qalacaq.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 11, 2023 11:45 Asia/Baku
  • ABŞ kəşfiyyatının proqnozu:  Bakı və İrəvan arasında münasibətlər “gərgin və qeyri-sabit” olacaq

ABŞ-ın kəşfiyyat qurumları xəbərdarlıq ediblər ki, Ermənistan və Azərbaycan arasında münasibətlər sülh sazişi olmadan, çox güman ki, gərgin və qeyri-sabit olaraq qalacaq.

SəhərAzəri-nin məlumatına əsasən, konqresə təqdim olunan hesabatda müəlliflər dövlətlər arasındakı sərhəddə hərbiçilərin qarşıdurmasını, atəşkəs mexanizminin olmamasını və “Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olduğunu” qeyd ediblər.

Həmin hesabatda qeyd olunur ki, silahlı qüvvələrin sərhədin bilavasitə yaxınlığında olması Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma riskini artırır.

Məlumatda xatırladılır ki, 2021-ci ilin mayından etibarən dövlətlər arasındakı sərhəddə və Dağlıq Qarabağ regionu ətrafında hərbi toqquşmalar baş verir. Ən intensiv atışma 2022-ci ilin sentyabrında baş verib, Azərbaycan qüvvələri sərhəd boyunca bir neçə yerdə əlaqələndirilmiş hücumlar edilib və nəticədə Ermənistan ərazisinin bir hissəsini ələ keçiriblər. Bu isə, 300-ə yaxın hərbi qulluqçunun həlak olmasına gətirib çıxarıb.