Fələstinlilər Əliyev rejimini qınayırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i398730-fələstinlilər_Əliyev_rejimini_qınayırlar
Təl-Əvivdə səfirliyin açılması Netanyahu üçün həyat ipidir
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 01, 2023 15:15 Asia/Baku
  • Fələstinlilər Əliyev rejimini qınayırlar

Təl-Əvivdə səfirliyin açılması Netanyahu üçün həyat ipidir

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatı Azərbaycan Respublikasının Təl-Əvivdə səfirlik açmasını qətiyyətlə pisləyib və bunu Netanyahu və onun ekstremist kabineti üçün həyat yolu adlandırıb.

Bəyanatda İslami Cihad liderlərindən biri olan “Xalid əl-Bətş” qeyd edib ki, Azərbaycan Respublikasının müsəlman ölkəsi kimi işğal olunmuş ərazilərdə səfirlik açması Benyamin Netanyahunun güclənməsinə kömək edir və Fələstin xalqının amallarına qarşı zəhərli bir xəncər kimidir.

O, əlavə edib: “Azərbaycan və sionist rejimlə güzəştə gedən digər İslam və ərəb ölkələrinin fələstinlilərin yanında olması və sionist işğal rejiminə qarşı onlara dəstək verməsi məqsədəuyğundur.

Xalid əl-Bətş vurğulayıb ki, sionist rejimi bu gün daxili böhranlar səbəbindən xaos vəziyyətindədir, belə bir şəraitdə hansısa ərəb və İslam ölkəsinin işğal olunmuş ərazilərdə səfirlik açması Netanyahunun ekstremist siyasətlərinə xidmət edir.