Apr 05, 2023 18:17 Asia/Baku
  • BMT ekspertlərindən Azərbaycana çağırış:

Laçın dəhlizi ilə təhlükəsiz hərəkət dərhal bərpa edilməlidir!

Aprelin 3-də BMT-nin xüsusi prosedurlarının 5 mandat sahibi bəyanat yayaraq Azərbaycan hökumətini Laçın dəhlizi ilə maneəsiz nəqliyyatın və təhlükəsiz hərəkətin bərpası üçün təcili tədbirlər görməyə çağırıb.

BMT-nin insan haqları üzrə ekspertləri, xüsusən də Laçın dəhlizinin Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə nəqliyyat vasitəsi olduğunu və onun humanitar əhəmiyyət daşıdığını bəyan ediblər.

“Dəhlizin blokadası Qarabağda yaşayan 120 minə yaxın insanın ərzaq, dərman, yanacaq və digər zəruri mallarla təchizatını dayandırıb. Qaz təchizatında vaxtaşırı fasilələr yarandığından humanitar vəziyyət daha da pisləşib ki, bu da tibb müəssisələrinin işini pozub, təhsil müəssisələri də fəaliyyətini dayandırıb”, - deyə açıqlamada qeyd olunur.

BMT ekspertləri ciddi şəkildə narahatdırlar ki, Dağlıq Qarabağı xarici dünya ilə birləşdirən yeganə yolun uzun müddət bağlanması əhali üçün fəlakətli humanitar nəticələrə və hüquqların pozulmasına səbəb ola bilər.

 

Teqlər