İyul 05, 2023 21:44 Asia/Baku
  • İlahm Əliyev:

İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və regional hadisələrlə bağlı fikirlər səsləndirilib və müxtəlif mövzularda müzakirələr aparılıb.

SəhərAzəri-nin məlumatına əsasən, prezident Əliyev həçinin çıxışında heç vaxt Azərbaycan Respublikasının ərazisindən regiona və İran İslam Respublikasına təhlükənin olmasına imkan verməyəcəyini vurğulayaraq Azərbaycan Respublikasının regionda nəqliyyat dəhlizlərində yaranmış manelərinin aradan qaldırılmasını və İranın regionda tarixi marşrutlarının mövcudluğuna sadiq olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İran dövlət başçısına öz salamlarını çatdırıb.

İkitərəfli danışıqda Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin işinin istintaq prosesinin başa çatdığı xatırlanaraq, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası barədə müzakirələr aparılıb.

 

Teqlər