Rəsmi Bakıdan ABŞ-a tutarlı cavab:
İranla Naxçıvana marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
Nazirliyin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində deyilir: “Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir”.
Azərbaycan XİN sözügedən səylərə xələl gətirən hər hansı bir şərhin yersiz olduğunu Amerika dövlətinə xatırladıb.