Cəlilabad və Biləsuvarda qar fəsadlar törədib
Qar yağması nəticəsində Cəlilabad rayonunda nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaranıb.
Azərbaycan medialarının məlumatına görə, elektrik xətləri qırıldığından Cəlilabad şəhərinin bəzi hissələrində və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib. Avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Cəlilabadın özündə deyil dağlıq kəndlərində qarın hündürlüyü maksimum 50 sm-ə çatıb.
Biləsuvar rayonunda da 20 cm qar yağmasına rəğmən Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verlişi dayanıb, rabitə dirəkləri aşıb və elektrik xətləri qırılıb.
Məlumatda sözü gedən rayonlarda yolların qar örtüyündən təmizlənməsi və elektrik enerjisinin bərpası üçün işlərin getdiyi bildirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının əksər rayonlarında elektrik şəbəkəsi modernləşdirilmədiyindən hərhansı dəyişkən hava şəraitində sıradan çıxır.