Mart 04, 2024 19:25 Asia/Baku
  • ABŞ-ın Azərbaycana qarşı münasibəti dəyişməyəcək

Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın Azərbaycana qarşı siyasəti dəyişməyəcək. Bu fikri Respublikaçilar Partiyasının Arlinqton bölməsinin rəhbəri Metyu Hart Turan-ın müxbiri ilə söhbətində söyləyib.

Hərhansı ölkəyə müdaxilə üçün parol xarakteri daşıyan “insan huquqları” terminini Metyu Hart belə işlədib:

“Trump administrasiyası həmişə insan hüquqlarına böyük diqqət yetirib və bütün ölkələrdə onun pozulmasını qətiyyətlə pisləyib”.

Bu respublikaçı sonra ABŞ barədə dünya səviyyəsində azad və imkanlı bir ölkə imici yaratmağın Ağ evin strategiyası olduğunu da etiraf edib:

"Xaricdə Amerika azadlığının və Amerika imkanlarının ifadə ounması bizim yumşaq güc adlandırdığımız şeydir. Bütün ölkələr üçün öz vətəndaşlarının və azlıqların hüquqlarının təmin edilməsi çox vacibdir", - Hart deyib.

 

 

Teqlər