May 04, 2024 19:05 Asia/Baku
  • ABŞ səfiri müdaxiləçi açıqlama verib

ABŞ-ın maliyyələşdirdiyi media və QHT-lərin sərbəst fəaliyyəti təmin edilməli, Azərbaycan öz qonşusu olan Rusiyadan uzaqlaşmalıdır. ABŞ-ın Bakıdakı səfiri müdaxiləçi açıqlamasında Amerikanın Azərbaycan Respublikası hökumətindən bunları tələb etdiyini deyib.

Cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibəsində müdaxiləçi və müstəmləkəçi mövqedən çıxış edərək Azərbaycan Respublikasının qonşuları ilə problem yaşamalı olduğunu və qərbin bu sahədəki məqsədlərinin icrası üçün fəaliyyət göstərən media və qurumların sərbəst fəaliyyətinə şərayit yaratmasını dikte edib.

Azərbaycan "təhlükəli qonşular"ın qonşuluğunda yaşayır. Azərbaycan kiminlə münasibət quracağına özü qərar verməlidir, ancaq Rusiyanın Ukrayna, Moldova, Gürcüstan, Suriya və digər yerlərdə hərəkətlərinə baxsaq, Rusiya ilə yaxınlığın "məhsuldar olmadığını" görmək olur.

"Bu, aqressiv, faydasız ölkədir. Azərbaycan bunu nəzərə almalı və öz suverenliyini necə qoruyacağına özü qərar verməlidir", - müstəmləkəçi dövlətin səfiri qeyd edib.

Beləliklə səfir mənsub olduğu dövlətin Azərbaycanı Rusiya ilə qarşıdurmaya sürükləməklə bu ölkəni də Ukraynanın taleyinə düçar etmək niyyətini bürüza vermiş olub.

ABŞ konqresmenlərinin azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etmək təklifləri ilə bağlı səfir bildirib ki, bunun qarşısını almaq üçün rəsmi Bakı qərbin ünsürlərinə və qurumlarına qarşı əvvəlki münbit şəraiti bərpa etməlidir:

“Bu cür sənədlərin ortaya çıxmasının qarşısını almaq üçün insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq lazımdır”,- O əlavə edib.

ABŞ-ın Bakıdakı səfiri Ağ evin öz tələblərinin bir hissəsini Azərbaycan Respublikası hökumətinə birbaşa dikte etdiyini qalan hissəsini isə gizli şəkildə həyata keçirdiyi planlarla reallaşdırdığını da etiraf edib:

"Biz vəziyyətin yaxşılaşdırılması üçün hərcür tədbirlər görürük biz bunu həmkarlarımızla görüşlərdə açıq şəkildə edirik. Biz nəyisə açıq şəkildə edirik, nəyisə şəxsi qaydada və bunu davam etdirəcəyik", - səfir deyib.

Müxbir həbs edilmiş jurnalistlər və ictimai fəallara Qərb ölkələrinin ayırdığı vəsaitlər ilə bağlı pul qaçaqmalçılığı ittihamının vurulmasını xatırladıb. Səfirin cavabından isə belə çıxır ki, qərbin Bakıdakı öz media və qurumlarına istədiyi maliyyə vəsaitini ayırması barədə rəsmi Bakı ilə razılaşma olub və hər şey şəffaf şəkildə həyata keçir:

“Amerika tərəfi hər şeyi şəffaf edir. Əgər hər hansı narazılıq varsa, bunu Azərbaycan hakimiyyətindən soruşmaq lazımdır”,- Mark Libbi deyib.

Turan xəbər agentliyinin müxbiri ABŞ-ın işğaldan azad olan torpaqları Azərbaycan ərazisi olaraq rəsmən tanıması barədə şübhələrlə bağlı səfirə niyə Azərbaycanın hər yerinə gedir Şuşaya isə getmir sualı ilə müraciət edib.

ABŞ səfiri bu suala cavabı ilə şübhələri daha da artırıb:

 "Hazır olanda gedəcəyəm, hələlik hazır deyiləm",- Mark Libbi deyib.

 

Teqlər