İyun 21, 2024 11:00 Asia/Baku
  • Blinken Əliyevə zəng edib

Blinken Əliyevi tezliklə Ermənistanla sülh müqaviləsi imzalamağa çağırıb.

TURAN-ın Vaşinqtondakı müxbiri xəbər verir ki, cümə günü ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib və Ermənistan və Azərbaycanın sülh sazişinin bağlanmasında əldə etdiyi irəliləyişləri alqışlayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkenin zəngi ilə bağlı bildirib ki, Blinken “gecikmədən” şülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıb və “Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən əməkdaşlığı dəstəkləməyə sadiq qaldığını bir daha təsdiqləyib”.

Qeyd edək ki, Vaşinqton münaqişə tərəflərini Rusiyanın vasitəçiliyindən imtina etməyə təşviq edir.

Məlumatda bildirilir ki, dövlət katibi prezident İlham Əliyevlə söhbət zamanı həmçinin bir daha Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə və - onun ifadəsilə desək - haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırıb.