İyun 28, 2024 19:03 Asia/Baku
  • Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”, sənəddə qeyd edilir.Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb.