İyul 04, 2024 18:47 Asia/Baku
  • Müsavat Partiyası seçkilərdə iştirak edəcək

Müsavat Partiyası sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək. Bu qərar Partiya Məclisinin bugünkü ilcasında qərara alınıb.

Partiyanın seçki qərargahı yaradılıb, qəragaha Məclis sədri Arif Hacılı rəhbərlik edəcək.

Turan xəbər agentliyinin verdiyi məlumata görə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki,  Məclis sessiyasında  51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb.

"Müsavat  demokratik partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir. İclasda Məclisin 14 üzvü çıxış etdi. Seçkilərdə iştirak edib-etməməklə bağlı müxtəlif fikirlər oldu. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiya Divanına həvalə etdi", - Gülağa Aslanlı deyib.

Teqlər