Sen 27, 2024 13:07 Asia/Baku
  • Sionist rejimlə Azərbaycan arasında hərbi anlaşma

Sionist İsrail rejiminin Azərbaycandakı səfiri Corc Dik "X" platformasında paylaşdığı məlumatda bildirib ki, cinayətkar rejim ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq genişlənməkdə davam edir.

O qeyd edib ki, "AS Holdings" və onun törəmə şirkəti, yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan "Ari Arms" bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah"la Strateji Anlaşma Memorandumu imzalayıb.

Səfir işğalçı rejim ilə Azərbaycvan arasında əvəzolunmaz tərəfdaşlıqdan və onun töhfələrindən yazıb və İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak etdiyini bildirib.

Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə hərbi sənayesinə həsr edilmiş  “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilməkdədir.

Son bir ildə 41 mindən çox fələstinli mülki müsəlmanı qırğın edən cinayətkar sionist rejimlə hərbi sazişin imzalanmasının hansı anlama gəldiyini yaxşı başa düşən rəsmi Bakı bu barədə hərhansı məlumat yaymaqdan çəkinib.

Azərbaycan Respublikasını islam dünyasında eləcə də beynəlxalq ictimaiyyətin vicdanlı kəsimi nəzdində gözdən salmaq istəyən sionist rejimin səfiri isə rəsmi Bakının yol verdiyi səhvi dərhal ictimailəşdirib.

 

Teqlər