Dövlət neft şirkətinin işğalçı rejimlə bazarlığı ikrah doğurur;
SOCAR İsrailin enerji sektorunda iştirakını genişləndirəcək
Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR işğalçı İsrailin enerji sektorunda iştirakını genişləndirməyə hazırlaşır.
haqqn az portalı İsrailin “Globes” iqtisadi nəşrinə istinadla xəbər verir: SOCAR İsrailin Aralıq dənizindəki iqtisadi zonasının şimal-qərbində qaz yataqlarının kəşfiyyatı ilə məşğul olan şirkətlər qrupunun operatoru rolunu öz üzərinə götürərək yaxın iki həftə ərzində qondarma rejimin Energetika və İnfrastruktur Nazirliyi ilə iş planı imzalayacaq.
Xatırladaq ki, 2023-cü ildə SOCAR İngiltərnin BP və İsrailin NewMed Energy şirkətləri ilə birlikdə qaz kəşfiyyatı üçün lisenziya alıb və artıq orada işləyir. SOCAR bu konsorsiumda ən böyük paya malikdir və sionistlər ona qəsdən operator statusunu veriblər.
Yayılan məlumata görə, SOCAR-ın əslində Fələstin xalqına məxsus olan yatağın işlənməsində öz fəaliyyətini genişləndirməsi NewMed Energy Şirkətnin baş direktoru Yossi Abu-nun istəyi ilə həyata keçir.
SOCAR-ın bu addımı israilli iş adamı Aaron Frankel-in bu ilin əvvəlində imzaladığı böyük sazişdən sonra həyata keçirilir. Müqavilə çərçivəsində o, Tamar qaz yatağındakı 10 faizlik payının yarısını Azərbaycanın enerji şirkətinə satmağa razılaşıb.
Təhlillərə əsasən, sionist İsrai rejimi Azərbaycan xalqının rifahına və ölkədəki infrastruktur layihəlrə xərclənməli olan neft və qaz gəlirlərini mənimsəmək üçün müxtəlif fəndlərdən və hiyləgər gedişlərdən istifadə edirlər. SOCAR-ı operator seçmək isə riyakar qərar olmaqla yanaşı Aralıq Dənizindəki layihənin xərclərini əsasən Azərbaycan Respublikasının üzərinə yükləmək üçündür.