Suriyada yaşanan son hadisələr Azərbaycan xalqını da narahat etməkdədir
MBH qırğınları qınadı
Müsəlman Birliyi Hərəkatı Suriyada ələvilərin qətliamını qınayıb.
MBH- in bəyanatında deyilir: "Suriyada mövcud gərginlik fonunda Colani hakimiyyəti dinc suriyalılara qarşı qətliam həyata keçirir ki, nəticədə böyük sayda dinc əhalı həyatını itirib". Qeyd olunur ki, müvəqqəti hakimiyyətin yerli əhali ilə amansız davranışları birmənalı olaraq hakimiyyətə gətirilən Colani rejminin "Yaxın Şərqi parçalama siyasəti"ni həyata keçirmək üçün bir ünsür olduğu şübhəsizdir.
Bəyanat müəllifinin fikrincə, son qarşıdurmalar, hakimiyyət qüvvələrinin əliyalın insanları amansızlıqla qətlə yetirməsi bu sistemin zamanında terrorçu siyasətinə başladığı simasının dəyişmədiyini ortaya qoyur.
Suriya qan gölünə çevrilir, eyniliklə Fələstində “dünyaya ədalət” çağırışını edən böyük dövlətlərin gözü önündə. MBH sonda bildirir: "Birmənalı olaraq bu vəhşilik dayandırılmalı, qaniçən sistemin terrorçu xislətinə, insanlara amansız divanına son verməlidir.
Terrorçu rejimi dəstəkləyib, ona dinc insanların qətliamında yardım göstərən dövlətlər başda olmaqla, Suriya Müvəqqəti Hakimiyyətindən bu vəhşiliyə son verməyi tələb edirik.Eyni halda İslam dünyasını, müsəlman ölkələrini növbəti Fələstin soyqırımının yaşanmaması üçün bu məsələdə laqeydlik göstərməməyə çağırırıq".