Zakir Həsənov İranlı həmkarı ilə bağlı başsağlığı verib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqirinin şəhadəti münasibəti ilə bağlı başsağlığı verib.
Barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqirinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibətilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Allah rəhmət eləsin!”, - başsağlığında bildirilib.
Qeyd edək ki, general-leytenant Məhəmməd Hüseyn Baqiri 15 iyun səhər saatlarında İsrail rejiminin İrana qarşı keçirdiyi hava hücumu nəticəsində şəhid oldu.