İslami: Şura qərarının arxasında anti-İran planlar var; məqsəd Tehrandan imtiyaz qoparmaqdır
Məhəmməd İslami, İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri:
Möhtərəm İran xalqına izah etməliyəm ki, bu gün şahidi olduğumuz hadisələr ABŞ-nin rəhbərliyi və İngiltərə, Almaniya, Fransa kimi Avropa ölkələrinin rolu ilə, eləcə də Atom Enerjisi Agentliyinin baş direktorunun iştirakı ilə aparılan siyasi və psixoloji bir kampaniyadır. Bu prosesə sionist təsir üstünlük təşkil edir və məqsəd İrana təzyiqləri artıraraq imtiyaz almaqdır.
Bu cəhdlərin nəticəsi ABŞ rəsmilərinin müsahibələrində və açıqlamalarında da görünür – yəni İranın nüvə proqramını dayandırmaq, bombalamaq və ya bəhanələrlə İranı təzyiq altına almaq.
Bu əsaslandırmalar Atom Enerjisi Agentliyinin imkanlarından sui-istifadə ilə aparılır. Məsələn, Reuters Şura səsverməsindən sonra yazdı ki, İran öz nüvə öhdəliklərini yerinə yetirə bilməyib.
Halbuki, nə hesabatda, nə də qətnamədə bu iddia açıq şəkildə təsdiq olunmur. Qətnamədə sadəcə Agentliyin baş direktorunun hesabatına əsaslanaraq, İranın BƏRCAM (nüvə razılaşması) öhdəliklərinə əməl etmədiyi deyilir. Halbuki BƏRCAM öhdəlikləri BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsaslanır və qarşılıqlı olmalıdır.
Bu qeyri-hüquqi, siyasi və radikal addıma cavab olaraq, İran Allahın köməyi ilə üçüncü zənginləşdirmə mərkəzini işə salacaq.
Bu mərkəz artıq qurulub və təhlükəsiz bir yerdədir. Qətnamə qəbul olunduqdan dərhal sonra Agentliyə məlumat verilib və santrifüj maşınlarının quraşdırılması və təchizatı işlərinə başlanılıb.