İyun 13, 2025 19:16 Asia/Baku
  • Tezliklə cəhənnəmin qapıları sionistlərin üzünə açılacaq

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general Məhəmməd Pakpur Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneiyə ünvanladığı müraciətdə, sionist rejimin son terror hücumları nəticəsində bir sıra yüksək rütbəli hərbçilərin, nüvə alimlərinin, qadın və uşaqların şəhid olmasını dərin hüzn və eyni zamanda iftixarla yad edib.

O, şəhidlərin yolunun davam etdirilməsini müqəddəs bir vəzifə sayaraq bildirib:

“İran xalqına xidmət göstərmək şərəfdir və SEPAH-ın bir övladı kimi, bu müqəddəs qurumun möhkəmlənməsi, İslam İnqilabının və vətənimizin müdafiəsi üçün silahdaşlarımızla birlikdə sonadək mübarizə aparacağıq.”General Pakpur qeyd edib ki, sionist rejimin İranın ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı törətdiyi bu cinayət cavabsız qalmayacaq:

“Ali Liderin buyurduğu kimi, güclü rəhbərlik və ordunun və SEPAH-ın fədakar əsgərlərinin birgə fəaliyyəti ilə bu qeyri-legitim rejim ağır və dağıdıcı nəticələrlə üzləşəcək.”O əlavə edib ki, şəhidlərin qanı yerdə qalmayacaq:“Allah-Taalanın köməyi və rəhbərimizin vədəsinə əsasən, tezliklə bu uşaq qatili sionist rejimin üzünə cəhənnəmin qapıları açılacaq.”

“Vəlhəmdulillahi Qasimil-cəbbərin və Mübiriz-zalimin.”