Qalmaqallı ‘Məhsəti’ filmindən biabırçı kadrlar yayılıb
Farsdilli şairənin alçaldılması etiraz doğurdu - TƏHLİL
Azərbaycanın sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın farsdilli şairə Məhsəti Gəncəvi haqqında çəkdiyi “Məhsəti” adlı qısametrajlı filmi qalmaqala səbəb olub.
Məhsəti adlı filmin narazılıq yaradan epizodları sosial şəbəkdə geniş rezonans doğurub. Filmdə Azərbaycan mentaliteti və poeziyasına qarşı açıq-aydın hörmətsizlik müşahidə olunur və orada milli dəyərlər kobud şəkildə alçaldılır.
Məlumatda qeyd olunur ki, bəzi kadrlarda qadının kişi ilə erotik təsvirləri ilə yanaşı, kişinin kişi ilə intim görüntüləri də yer alıb. Bu isə son günlər Azərbaycan ictimaiyyətində emosional partlayış yaratmışdır.
Bəzi şərhlərə görə, etirzlar, Azərbaycan cəmiyyətində mədəni kimlik həssaslığının və elita–xalq arasındakı etimad böhranının aydın təzahürüdür.
Bu arada rejissor Suad Qarayevanın sabiq mədəniyyət nazirinin qızı olması faktı cəmiyyətdəki qəzəbi daha da artırır: insanlar filmi məmur övladlarının imtiyazlı və məsuliyyətsiz davranışlarının növbəti nümunəsi kimi görürlər.
Filmdə Məhsəti Gəncəvinin adının kişi–kişi intim səhnələrinin fonunda istifadəsi isə narazılığın əsas səbəbidir. Məhsəti Azərbaycan poeziyasında zəriflik və müqəddəs irs simvoludur. Bu səbəbdən onun adına çəkilən bir əsərdə seksual təzahürlərin yer alması çoxları tərəfindən “tarixi irsə hörmətsizlik” və “qəsdən provokasiya” kimi qəbul edilir.
Xatırladaq ki, özünə Məhsəti Gəncəvi təxəllüsünü seçmiş Mənijə XII əsrdə yaşamış farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi olmuşdur. Ona görə də sözü gedən şairə klassik İran ədəbiyyatında xüsusi çəkiyə malikdir.
Wikipediada yazılıb ki, “Məhsəti, Xəyyamdan sonra İranın ən görkəmli rübai ustası sayılır və onu rübai janrında şəhri-aşub məktəbinin əsasını qoyan şəxs kimi qiymətləndirirlər.”