Azərbaycan Milli Məclisinin üzvü turizm sektorunun inkişafına çağırdı
“İran vətəndaşları üçün viza rejimi aradan qaldırılsın”
Dek 03, 2025 17:18 Asia/Baku
Azərbaycan Milli Məclisinin üzvü turizm sektorunun inkişafına xatir İran və bir sıra digər ölkə vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasını tələb edib.
Dekabrın 2-də Milli Məclisdə müzakirə zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, hökuməti ötən illə müqayisədə turistlərin sayının azalması narahat etməli və ilk növbədə çalışmalıdır ki, İran, ABŞ və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini aradan qaldırsın: “Eyni zamanda araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina eləyirlər!”
Deputat Azərbaycanda xidmətlərin baha olması, təyyarə biletlərinin, ictimai-iaşə obyektlərindəki xidmətlərin qiymətlərinin çox yüksək olmasından şikayətlənib.