İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri iki Qafqaz ölkəsini dialoqa çağırdı
Cənubi Qafqaza xarici müdaxilələr vəziyyəti mürəkkəbləşdirir - TƏHLİL
İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin social media üzərindən Cənubi Qafqazda baş verən hadisələr və Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları ilə bağlı təhlilini paylaşıb.
Təhlildə deyilir: Azərbaycan və Ermənistan respublikalarının hakimiyyət orqanlarının fikir ayrılıqlarını həll etmək və yekun sülhə nail olmaq əzmində olmasına baxmayaraq, regiondankənar ölkələrin müdaxiləsi və İrəvanla Moskva arasında fikir ayrılıqlarını dərinləşdirməkdə uğurları bu regionda baş verən proseslərin izlənilməsi zərurətini ikiqat artırıb. Bu baxımdan bir sıra məqamlara diqqət yetirmək vacibdir;
1. Azərbaycan və Ermənistan respublikalarının regionda sabitliyə və sülhə nail olmaq üçün vasitəçilərdən asılı olmadan birbaşa hərəkətə keçməyə qərar vermələri yaxşı hal idi. Təbii ki, bu arada otuz ilə yaxındır müharibə şəraitində olan iki ölkənin rəsmiləri arasında şifahi mübahisələrin baş verməsi anormal hal deyil.
2. Bakı və İrəvan sülh bərqərar olana qədər danışıqları davam etdirməyə hazır olduqlarını nümayiş etdirdiyi halda, ABŞ, NATO və Avropa İttifaqı rəsmilərinin müdaxiləçi mövqeləri onların Cənubi Qafqazda sülhün bərqərar olmasından narazılıqlarını göstərir. Bu günlərdə Avropa Komissiyasının rəhbəri “Günter Flinger” “X” sosial şəbəkəsində təxribat xarakterli mesaj paylaşaraq Ermənistandan NATO alyansına qoşulmağı istəyib. Bu mövqe Moskvanın narazılığına səbəb olub və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistana deyib: “NATO ilə yaxınlaşmaq istəyənlər bu qərarın təhlükəliliyini və onun nəticələrini bilməlidirlər. Bir neçə üzv Qarabağ münaqişəsinin həlli ilə Qafqazda mövcudluq imkanlarının azaldığını görən Avropa İttifaqı ölkələri, xüsusən də Fransa Ermənistanın fikrini özünə cəlb etməyə, Rusiya və Azərbaycana qarşı mövqelər tutmağa, əsasları zəiflətməyə çalışırlar”.
Fakt budur ki, Avropa İttifaqı və Fransa Ermənistanın dostları olaraq Rusiyanı Qafqazda təcrid etmək üçün Cənubi Qafqazda gedən proseslərdə öz dağıdıcı rollarını oynayırlar. Belə bir şəraitdə öz ölkəsini Qarabağ bataqlığından məharətlə xilas edən Pasinyan Ermənistanın başqa bataqlığa düşməsinə imkan verməməlidir.