İyun 25, 2023 16:12 Asia/Baku
  • ABŞ Cənubi Qafqazı bölmək və idarə etmək istəyir

Axar.az amerikalı siyasi ekspert Endryu Koribkoya istinadla bildirir ki, ABŞ Cənubi Qafqazı bölmək və idarə etməkdə maraqlıdır.

ABŞ-ın həqiqətən də Azərbaycan və Ermənistan arasında sülhə vasitəçilik edəcəyi ehtimalı azdır. Çox güman ki, Ermənistanın cavabı Rusiyanın rəhbərlik etdiyi KTMT-dən tədricən NATO lehinə imtina etməsi olacaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında amerikalı siyasi ekspert Endryu Koribko deyib.

Onun sözlərinə görə, davamlı sülh sazişi üçün Ermənistandan əsas üç şey tələb edilir:

“Birincisi, Azərbaycanın ərazi bütövlüyünə hörmətini rəsmi və yazılı şəkildə təsdiq etməlidir, ikincisi, Azərbaycandakı erməni separatçıları rəsmən pisləməlidir,üçüncüsü, 1990-cı illərdən Azərbaycana gələn erməni müstəmləkəçilər öz vətənlərinə qaytarmalıdırlar. Sonuncu qeyd olunanlar Rusiya sülhməramlılarının məsuliyyət zonasını əhatə etdiyinə görə, o, Moskva ilə razılaşdırılmalı idi, bu da Vaşinqtonda keçiriləcək danışıqların çox güman ki, razılaşma ilə nəticələnməyəcəyini göstərir.

“Əlavə olaraq ABŞ regional gərginliyin qeyri-müəyyən müddətə davam etməsi və onların açıq münaqişə həddinə qədər kəskinləşməsi yolu ilə Cənubi Qafqazı bölmək və idarə etməkdə maraqlıdır. O, bunu Rusiya, İran və Türkiyəni “nəzarət altında saxlamaq” üçün ayrılmaz bir şey hesab edir. Son bəhs edilən NATO müttəfiqi olsa da, müstəqil xarici siyasət həyata keçirir və bu, Vaşinqtonu qəzəbləndirir.”,- amerikalı siyasi ekspert Endryu Koribko deyib.

O deyib ki, bu ssenari Vaşinqtonun xeyrinə regionun daha çox bölünməsinə və idarə olunmasına töhfə verəcək”.

Teqlər