Briks qrupunun dəstəyi və xəbərdarlığı
May 24, 2015 13:05 Asia/Baku
-
Briksin xəbərdarlığı
Briks qrupu ölkələrinin xarici işlər nazirləri müavinləri Suriyanın hakimiyyəti və ərazi bütövlüyünə sabit dəstəklərini vurğulayıb və bir daha bu ölkə böhranının suriyalıların özləri tərəfindən və dinc yollarla həllini istəyib.
Səhər kanalının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Briks qrupu ölkələrinin xarici işlər nazirləri müavinləri iclasının nəticələri barədəki bəyanatda bildirib ki, xarici işlər nazirləri müavinləri Suriyada böhranın davam etməsi və radikalizm və beynəlxalq terrorizm təhlükəsinin genişlənməsi və insani durumun pozulmasından öz nigarançılıqlarını bildirərək, bu ölkənin hakimiyyəti və ərazi bütövlüyünə sabit dəstəkləri və böhranın suriyalıların özləri tərəfindən dinc həllini vurğulayıblar.Onlar BMT-nin Suriyaya göndərilmiş nümayəndəsi Stefan Di Misturanın səyləri, həmçinin cari ilin yanvar və aprel aylarında Moskvada suriyalıların iki məşvərət iclasını müsbət dəyərləndiriblər. Onlar habelə Cenevrə-1 bəyannaməsi əsasında geniş dialoqlar yolu ilə Suriyada böhranın diplomatik və siyasi həlli üzrə səylərin bərpasını istəyiblər.
Briks qrupu ölkələrinin xarici işlər nazirləri müavinləri Yəmən olayları ilə bağlı bildiriblər ki, bu ölkə insan faciəsi uçurumunda durub. Onlar Yəməndə təcili atəşkəs istəyərək, bütün yəmənli tərəflər üçün Cenevrə konfransının keçirilməsini alqışlayıblar.
Teqlər