İŞİD Palmirada 400 Suriyalını qətlə yetirib
May 24, 2015 17:56 Asia/Baku
-
İŞİD-in növbəti cinayəti
Yayılan məlumatlara qörə təkfirçi İŞİD terrorçuları əksəriyyəti qadın və uşaqlardan ibarət olan 400 mülki suriyalını Palmira şəhərində qırğın edib.
Səhər Beynəlxalq Televiziya kanalının Suriyanın dövlət televiziyasına istinadlı məlumatına görə, hüquq müdafiəçiləri sosial şəbəkələrdə bildiriblər ki, İŞİD terrorçuları çərşənbə günü Palmira şəhərini öz nəzarətlərinə aldıqdan sonra, bu şəhərin küçələrində yüzlərlə cəsəd müşahidə olunub. Hüquq fəalları yazıblar ki, öldürülənlərin Suriya dövlətinin tərəfdarları olduqları güman edilir. Suriyanın insan haqları gözətçiləri qrupu adlandırılan qrum mayın 20-də təkfirçi İŞİD terrorçularının Suriyanın Homs vilayətinin Palmira şəhərini tam nəzarətə aldığını bildirmişdi. BMT-nin təhlükəsizlik şurası cümə günü bir bəyanat yayaraq Palmira şəhərində minlərlə əhalinin taleyindən son dərəcə nigaran qaldığını bildirmişdir.