Hələbdə Suriyanın bir ədəd vertolyotu qəzaya uğrayıb
https://azeri.sahartv.ir/news/dünya-i194133-hələbdə_suriyanın_bir_ədəd_vertolyotu_qəzaya_uğrayıb
Suriya qaynaqları bu ölkənin bir ədəd vertolyotunun texniki nasazlıq üzündən qəzaya uğradığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2015 13:39 Asia/Baku
  • Suriya vertolyotu qəzaya uğrayıb
    Suriya vertolyotu qəzaya uğrayıb

Suriya qaynaqları bu ölkənin bir ədəd vertolyotunun texniki nasazlıq üzündən qəzaya uğradığını bildiriblər.

Səhər Beynəlxalq Televiziya kanalının Suriyanın SANA dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Suriyada bir hərbi mənbə bu ölkənin bir ədəd hərbi vertolyotunun Hələbin Kuyers hərbi aeroportunun yaxınlığında qəzaya uğramasından xəbər verib. Həmin mənbə bu hadisənin texniki nasazlıq üzündən baş verdiyini bildirib. Terrorçu İŞİD qrupu isə bu vertolyotun düşməsinin İŞİD-in təşəbbüsü olduğunu iddia edib.