Rusiyanın nümayəndəsi: Amerikanın insan haqları barədə fikir bildirmək haqqı yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i194153-rusiyanın_nümayəndəsi_amerikanın_insan_haqları_barədə_fikir_bildirmək_haqqı_yoxdur
Rusiya Dumasının Beynəlxalq Komitəsinin sədri Aleksey Puşkov dünən deyib ki, Amerikanın "qeyri-qənaətbəxş təşkilatlar" adlandırılan qanuna qarşı tənqidindən şoka düşübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2015 04:43 Asia/Baku
  •  Aleksey Puşkov - Rusiya Dumasının Beynəlxalq Komitəsinin sədri
    Aleksey Puşkov - Rusiya Dumasının Beynəlxalq Komitəsinin sədri

Rusiya Dumasının Beynəlxalq Komitəsinin sədri Aleksey Puşkov dünən deyib ki, Amerikanın "qeyri-qənaətbəxş təşkilatlar" adlandırılan qanuna qarşı tənqidindən şoka düşübdür.

Səhər kanalının məlumatına görə, Puşkov ITAR-TASS-la müsahibədə əlavə edib: Vaşinqton Ukrayna dövlətinin Donbasda insan haqlarına zəmanətdən imtina etməsinə göz yummasından sonra digər ölkələrdə insan haqları barədə danışmaq haqqını itiribdir.
Bundan öncə ABŞ Dövlət Departamenti bu qanunla bağlı nigarançılığını bildirmiş və demişdi ki, bu qanun Rusiyada hüquqi cəmiyyətin vəziyyətini daha da mürəkkəbləşdirir.
Puşkov əlavə edib: Əgər ABŞ Dövlət Departamenti insan haqlarından nigarandırsa, yaxşı olardı ki, Ukrayna rəsmilərinin ölkədə insan haqlarına zəmanətdən imtina etməsinə reaksiya versin.
O, deyib ki, bu məsələ insan haqları məsələsində Amerika və Avropa İttfaqının mövqeyi üçün bir sınaqdır.