Rusiyada İslam Bankı
May 31, 2015 05:57 Asia/Baku
-
Rusiyada İslam Bankı
Rusiya Federasiyası Əmanət Bankı ölkədə İslam Bankının təsis edilməsi planından xəbər verib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Rusiya Federasiyası Əmanət Bankı "Sberbank" şənbə günü bildirib ki, ölkənin müsəlmanlar yaşayan hissəsində İslam Bankı təsis etmək niyyətindədir."Sberbank" bildirib ki, İslam bank sisteminin ölkə əhalisinə tanıtdırılması istiqamətində müəyyən proqramlar nəzərdə tutulub.
Bu məlumata görə, "Sberbank" Rusiyanın ən iri bankı olaraq, Qərbin sanksiyaları ilə mübarizə aparmaq üçün İslam bank sisteminin tətbiq edilməsini təsirli vasitə hesab edir.
Teqlər