Malayziya iyun ayında Təhlükəsizlik Şurasına başçılıq edəcək
https://azeri.sahartv.ir/news/dünya-i194445-malayziya_iyun_ayında_təhlükəsizlik_Şurasına_başçılıq_edəcək
Malayziya BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün dövri sədrliyini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2015 04:41 Asia/Baku
  • Malayziya TŞ-ya dövri sədrlik edir
    Malayziya TŞ-ya dövri sədrlik edir

Malayziya BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün dövri sədrliyini üzərinə götürüb.

Səhər Beynəlxalq Televiziyasının Sin-Xoaya istinadla verdiyi məlumata görə, Malayziyanın BMT-dəki daimi nümayəndəsi Dato Ramlan İbrahim may ayında Təhlükəsizlik Şurasına dövri sədrlik edən Latviyanın BMT-dəki daimi nümayəndəsi Raymonda Murmokaitedən təhvil alıb.
BMT Təhlükəsizlik Şurasının dövri sədrliyi 5 daimi və 10 qeyri-daimi üzvü arasında hər ay əlifba sırası ilə dövri şəkildə dəyişir.